Qənirə Paşayeva fransalı deputatla görüşüb

Qənirə Paşayeva fransalı deputatla görüşüb
  08 Aprel 2015    Oxunub:1927
Millət vəkili Qənirə Paşayeva Parisdə Fransa Parlamentinin deputatı, Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean-François Mancel ilə görüşüb.

Görüşdə Azərbaycan-Fransa münasibətlərinin inkişafından məmunluq vurğulanıb. Bu münasibətlərin inkişafında Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun rəhbəri, ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın rolu xüsusi qeyd olunub.

Görüş zamanı Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlər barədə də danışılıb. Qənirə Paşayeva deyib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə dönə bilmələri istiqamətində Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransadan Ermənistana təzyiq göstərməsini gözləyirlər.

Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini deyən Fransa Parlamentinin deputatı Jean-François Mancel qeyri-hökumət təşkilatları, assosiasiyalar arasında əməkdaşlığın da daha da genişlənməsini vacib saydığını deyib. O, məcburi köçkünlərlə, həmçinin Azərbaycanda tolerantlıq və qadın haqları sahəsində əldə edilən uğurlarla bağlı daha geniş məlumatların çatdırılmasını nəzərdə tutan layihələrin daha da artmasının vacibliyini dilə gətirib.


Teqlər:





Xəbər lenti