Nemtsovun qətlində sevgilisinin əli olub - ŞOK İddia
Məlumata görə, Nemtsovun qətli zamanı onun yanında olan 23 yaşlı ukraynalı model Anna Duritskayanın mobil telefonunda çip olub. Onun funksiyasına isə siqnal ötürmək daxil edilib.
Qətldən dərhal sonra Anna mobil telefonunu zibil yeşiyinə tullayıb. Ancaq müstəntiqlər sonradan həmin telefonu zibil yeşiyindən götürərək araşdırma aparıblar. Məlum olub ki, telefonda çip quraşdırılıb və o, siqnal ötürmək qabiliyyətinə malikdir.
Ekspertlərin fikrincə, qatil bu siqnalla cütlüyün hərəkət trayektoriyasını müəyyən edib.
Digər versiyaya görə, Annanı Nemtsovla bilərəkdən tanış ediblər. Bu tanışlıq isə “Dnepr-1” batalyonunun komandiri Yuri Berezanın vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, Boris Nemtsov fevral ayının 27-də Moskvanın mərkəzində naməlum şəxs tərəfindən qətlə yetirilib. Onun yanında olan Anna Duritskaya isə dindirildikdən sonra Kiyevə qayıdıb. Bu qətllə bağlı Çeçenistanda anadan olan 5 nəfər saxlanılıb. (Aznews.az)