ABŞ İranı hədələdi: Dayanın
“Biz İranın Yəmənə göstərdiyi dəstəyi çox yaxşı bilirik. İran anlamalıdır ki, regionda vəziyyətin qarışdığı bir vaxt ABŞ kənarda qalmayacaq”, -deyə Kerri vurğulayıb.
Kerri qeyd edib ki, Vaşinqton İran tərəfindən təhlükəyə məruz qalan Yaxın Şərq ölkələrinə yardım edəcək: “Biz münaqişə istəmirik, lakin öz alyanslarımızdan və digər ölkələrlə dostluğumuzdan imtina etməyə də hazırlaşmırıq”.
Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.
Eldar Tanrıverdiyev
AzVision.az