ASALA bizi də təhdid edir – Ərdoğandan ciddi mesaj

ASALA bizi də təhdid edir – Ərdoğandan ciddi mesaj
  09 Aprel 2015    Oxunub:2857
ASALA erməni terror təşkilatı Çanaqqala zəfərində iştirak etmək üçün dəvət alan ölkələri təhdid edir.

AzVision.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı tədbirlər barədə danışarkən bildirib.

Ərdoğan vurğulayıb ki, gec ya tez ASALA terror təşkilatının arxasında kimlərin dayandığı məlum olacaq.

Türkiyə prezidenti onu da qeyd edib ki, bu il aprelin 23-də Ankara dünyaya bir daha sülh mesajı verəcək. Aprelin 24 həmçinin, böyük bir yürüş təşkil ediləcək.

Qeyd edək ki, bu il aprelin 24-də Türkiyədə keçiriləcək Çanaqqala zəfərinin 100-cü ildönümünə 50-dən çox dövlət rəsmisi dəvət alıb. Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərin Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı tədbirlərə qatılacağı gözlənilir.

Xatırladaq ki, ASALA 1975-ci ildə yaradılıb, qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Türkiyə, İran və Azərbaycan əraziləri hesabına «Böyük Ermənistan» dövləti yaratmaqdır, hədəfi isə 1915-ci ildəki «soyqırım saxtakarlığını» həqiqət kimi qəbul etdirməkdir.

ASALA yarandığı gündən `soyqırım`a məruz qalan soydaşlarının qisasını aldığını bəyan edir və əsasən, türk diplomatlarını və Azərbaycan əsilli şəxsləri hədəf seçir.

ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirib: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.

ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gələrək bu niyyətlərini Livanda rəsmiləşdiriblər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA «pantürkist neft borusu» (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirib. 14 oktyabr 1975-ci il Parisdə Türkiyənin bu ölkədəki səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilib, ASALA bu terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. 8 avqust 1982-ci il BolqarıstandaTürkiyə konsulluğunun inzibati məsələlər üzrə attaşesi Bora Suelkan evinin qarşısında erməni terrorçusu tərəfindən qətlə yetirilib. Bu qətli də ASALA-nın törətdiyi açıqlanıb. 7 avqust 1982-ci il erməni terrorçuları Türkiyədə beynəlxalq hava limanına hücum təşkil edib. Belə ki, tapanca və əl qumbaraları ilə silahlanmış terrorçular gözləmə zalında olan insanlara atəş açıb. Bir terrorçu hava limanının restoranında 20 nəfəri girov qötürüb, digəri isə polis tərəfindən yaxalanıb. Girovları öldürəcəyi ilə hədələyən terrorçu ilə atışma zamanı 9 nəfər həlak olub. Terror aktı zamanı 82 nəfər yaralanıb. Terror aktına görə ASALA məsuliyyəti öz üzərinə götürüb.

ASALA Fransada daha geniş fəaliyyət göstərməkdədir. Buna səbəb isə bu ölkədə erməni terrorçularının sərbəst hərəkətinə icazə verilməsidir. Bundan başqa, ABŞ, Yunanıstan, Cənubi Kipr, Suriya, İran, İsveçrə və Kanada kimi ölkələrdə ASALA terrorçuları fəaliyyətlərini davam etdirirlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti