Davudoğludan gözlənilməz açıqlama: `İstefa verəcəm`

Davudoğludan gözlənilməz açıqlama: `İstefa verəcəm`
  10 Aprel 2015    Oxunub:2562
Türkiyənin baş nazir Əhməd Davudoğlu jurnalistlərin suallarını cavablandırıb.
AzVision.az-ın məlumatına görə, baş nazir seçkilərdəki hədəfindən danışaraq bildirib ki, hədəfləri iqtidar olmaqdır.

"Mən seçki nəticələri haqqında mülahizələrimi demirəm. Kılıçdaroğlu kimi 35% səs toplamaq barədə heç nə bilmərəm. Hədəfimiz iqtidar olmaqdır və olacağıq da", - deyə Davudoğlu bildirib.

Türkiyənin baş nazirinin çıxışı zamanı başqa bir maraqlı məqam isə onun istefası haqqında olub. O qeyd edib ki, əgər seçkilərdə partiya olaraq üstünlük qazana bilməsələr, iqtidar olmasalar istefa verəcək. (ans press)


Teqlər:  





Xəbər lenti