Moskada avtoritetlərin böyük "sxodka"sı
Toplantıda kriminal aləmin "oğru" titulundan məhrum edilməsi nəzərdə tutulan konkret şəxslər haqda müzakirələr planlaşdırılır. Hüquq-mühafizə orqanlarında olan mənbə "kriminal generallar"ın böyük "sxodka"sının ən yaxın aylarda keçiriləcəyini bildirib.
"Sxodka” yazın sonunda Moskva ətrafında keçirilməsi planlaşdırılır. Görüşdə 300-ə yaxın "qanuni oğru"nun iştirak edəcəyi gözlənilir.
Toplantıda bəzi "qanuni oğru"lar "kriminal generallar" tərəfindən rütbələrindən məhrum olunacaq.
Yığıncaqda Tariyel Onianinin (Taro) keçmiş və hazırkı tərəfdarları arasında nəzərdə tutulan "müharibə" haqqında müzakirələr aparılacaq.
Qeyd edək ki, Zaxari Kalaşov Rusiya mafiyasının Ded Xasanın ölümündən sonra boş qalmış “boslarbosu” vəzifəsini tutmağa 1 nömrəli namizəddir. (Ans)