Sarkisyanın əsas rəqibinə qarşı ağır ittihamlar

Sarkisyanın əsas rəqibinə qarşı ağır ittihamlar
  10 Aprel 2015    Oxunub:1316
Ermənistanda “Təsisedici Parlament” radikal müxalifət təşəbbüsünün lideri Jirayr Sefilyana qarşı aprelin 9-da ittiham irəli sürülüb.
AzVision.az-ın məlumatına görə, bu barədə “NEWS.am”a hərəkatın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Jirayr Sefilyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 225-ci maddəsi (kütləvi iğtişaşlar) üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, aprelin 7-i Ermənistan paytaxtı Yerevanda radikal müxalifət təşkilatı olan “Təsisedici parlament” rəhbəri Jirayr Sefilyan həbs olunub.

Seilyanla yanaşı, onun doğma qardaşı Toros Sefilyan və bir neçə fəalda həbs edilib.
Rəhbər və onun fəallarının həbs olunması barədə məlumatı təşkilat da təsdiqləyib.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan İstintaq Komitəsi də aparılan həbslər barədə məlumat yayıb. Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik İdarəsinin birgə yaydığı məlumata görə, keçirilən əməliyyatlar çərçivəsində aprelin 24 -ü qondarma “erməni soyqırım”ı günü ictimai yerlərdə kütləvi qarşıdurmalar həyata keçirmək istəyən qrup yaxalanıb.

“News.am” vurğulayıb ki, “Təsisedici parlament” aprelin 24-ü Ermənistan rəhbərliyini istefa verməyə çağırır. Bununla da, onlar “rejimsiz 100 illik” hərəkatı keçirmək niyyətindədir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti