Nazirlər yenidən görüşəcəklər

Nazirlər yenidən görüşəcəklər
  10 Aprel 2015    Oxunub:1040
Berlində Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı nazirlərin görüşü keçiriləcək.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib.

Məlumatda qeyd edilir ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Ukrayna xarici işlər naziri Pavlo Klimkinin və Fransa xarici işlər naziri Laurent Fabiusun qatılacağı görüş aprelin 13-də keçiriləcək.

Görüşdə Ukraynada atəşkəsin təmin olunmasını nəzərdə tutan Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.



Teqlər:





Xəbər lenti