Bəzi banklar kredit verməyi dayandırdı

Bəzi banklar kredit verməyi dayandırdı
  10 Aprel 2015    Oxunub:2487
Azərbaycanda bəzi kommersiya bankları kreditlərin verilişini dayandırıb və onların kreditləşməni yenidən bərpa edəcəyi vaxt bəlli deyil.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hazırda "ASB Bank", "Bank BTB" və "Dekabank" həm manat, həm də dollarla kredit verilişini dayandırıb.

"ASB Bank"dan bildirilib ki, bankda kredit verilişi müvəqqəti dayandırılıb və nə vaxt bərpa olunacağı məlum deyil: "Kreditlər üzrə yeni şərtlər hazırlanır. Ola bilsin ki, bu onunla bağlıdır. Lakin rəsmi olaraq bu açıqlanmır. Kreditləşmənin bərpası müddəti haqqında da hələ heç bir məlumat yoxdur. Ümid edirik ki, qısa müddətdə bərpa olunacaq".

"Bank BTB" və "Dekabank"dan da kreditləşmənin dayandırılma səbəbini rəsmən öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda bankların əksəriyyəti manatla kreditləşməni dayandırsa da, dollarla kredit verilişi davam etdirir. Hətta "Bank of Baku" ASC dollarla krediti də ancaq daşınmaz əmlakın girovu əsasında həyata keçirir. "Bank VTB Azerbaijan", "Expressbank", "Bank Avrasiya","Günaybank" isə hələ də manatla kredit verilişini davam etdirir. "Atabank" isə manatla kredit verilişini ancaq manatda əmanəti olan müştərilərinə təklif edir.


Teqlər:  





Xəbər lenti