Prezident and içdi

Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalomov Kərimova Özbəkistan prezidentinin vəsiqəsini verib.
Bundan sonra İslam Kərimov əlini həm Konstitusiyanın, həm də “Quran”ın üstünə qoyaraq and içib.
Kərimov seçkilərdə iştirak edən 17,2 milyon insan və ya seçicilərin 90,39 faizinin səsini toplayıb.
Qeyd edək ki, martın 29-da keçirilən seçkilər zamanı Özbəkistanda prezident postu uğrunda 4 nəfər mübarizə aparıb. Onlar Liberal-Demokrat partiyasından namizəd İslam Kərimov, Xalq Demokratiyası partiyasının nümayəndəsi Hatamcon Ketmanov, “Milliy Tiklaniş” partiyasının üzvü Akmal Səidov və “Ədalət” partiyasından namizədliyi irəli sürülən Narimoan Umarovdur.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: