Maşın kanala düşdü və...

Maşın kanala düşdü və...
  18 Fevral 2013    Oxunub:2398
Ucarda avtomobil sürücüsünün idarəetməni itirməsi qəzaya səbəb olub.
Ucar rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.Hadisə bu gün saat 14:00-də rayonun Lək kəndi ərazisində qeydə alınıb. Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Məmmədov Nazim Vəli oğlu idarə etdiyi 10 FL 698 dövlət nömrə nişanlı “VAZ 2104” markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə yaxınlıqdakı suvarma arxına düşən maşın tamamilə yararsız hala düşüb. APA bildirir ki, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.


Teqlər:  





Xəbər lenti