Ərəblər Yəmənin paytaxtını vurdular

Ərəblər Yəmənin paytaxtını vurdular
  10 Aprel 2015    Oxunub:1683
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməninin paytaxtı Sanaya aviazərbələr endirib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən aviazərbələr silahların olduğu anbarlara endirilib. Aviazərbələr nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Daha əvvəl Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri şiə üsyançılar tərəfindən tutulan Ədən şəhərinə aviazərbələr endiriblər.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti