Koreyalı gözəl və Putin ilin adamı seçildi – FOTOLAR

Koreyalı gözəl və Putin ilin adamı seçildi – FOTOLAR
  11 Aprel 2015    Oxunub:6821
ABŞ-ın “Time” jurnalı 2014-cü ilin nüfuzlu şəxslərinin adını açıqlayıb.
İstifadəçilərin səsverməsi nəticəsində formalaşan siyahıya “CL” ləqəbi ilə məşhur olan Cənubi Koreyanın “2NE1” pop-qrupunun ifaçısı Li Çe Rin (Lee Chae-rin) və Rusiya lideri Vladimir Putin başçılıq edir.

Yuxarıda adı çəkilən məşhurların hər ikisi istifadəçilərin 6,9 faizinin səsini toplayıb.

Siyahıda üçüncü yeri Ledi Qaqa (Lady Gaga) tutub. O, 2,6 faiz səs toplayıb. Reytinqin digər bütün iştirakçıları 2 faizdən az səs yığıblar.

Məsələn Roma papası Fransisk siyahıda 9-cu, Barak Obama 11-ci (müvafiq olaraq 1,5 və 1,4 faiz səs toplayıb) yeri tutub.

Reytinqdə həmçinin Suriya prezidenti Bəşər Əsəd, Almaniya kansleri Angela Merkel, Şimali Koreya lideri və digər nüfuzlu liderlər də var.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  





Xəbər lenti