Papadan gey səfirə rədd cavabı

Papadan gey səfirə rədd cavabı
  11 Aprel 2015    Oxunub:2853
Fransanın Vatikana göndərdiyi səfiri qarşı tərəf qəbul etməyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Vatikanın səfir kimi namizədliyi irəli sürülən Laurent Stefaninini qəbul etməsinin səbəbi diplomatın homoseksual olmasıdır.

Protokola görə Vatikan səfir təyin olunan şəxs barəsində 1 ay ərzində müsbət, ya da mənfi qərar verir.

L.Stefanininin artıq 3 aydır ki, səfir təyin olunmasına baxmayaraq, Vatikanın heç bir cavab verməməsi Fransa mətbuatı tərəfindən rədd kimi qiymətləndirilib.
Vatikanın “Gey səfirə rədd cavabı” kimi şərh edilən səssiliyini Papa Fransisk də hələ ki, pozmayıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti