`Azərbaycan rəhbərliyi çox iş görür` - Rusiyalı milyarder
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskvada Bakıda ilk Avropa Oyunlarının təqdimatına həsr olunmuş tədbirdə “Vestnik Kavkaz”ın müxbirinə rusiyalı iş adamı və xeyriyyəçi, milyarder Alişer Usmanov bildirib.
“Onun sözlərinə görə, bunun ardınca “artıq qələbələr və bu gün Avropa Oyunlarının keçirildiyi müxtəlif idman növləri üzrə idman məktəblərinin yaradılması gələcək”.
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti olan Usmanov Avropa Oyunlarını izləməyə gələcək.
Rusiya millisinin Oyunlardakı şansından danışan Usmanov qeyd edib ki, “adətən Avropa ölkələri həmişə liderlik edir, baxmayaraq ki, bu gün Koreya və Yaponiya kimi Asiya ölkələri də çox güclüdürlər. Şanslar olacaq. Güclü qalib gələcək”.
Teqlər: