Hillari ABŞ-ın ilk qadın prezidenti ola bilər

Hillari ABŞ-ın ilk qadın prezidenti ola bilər
  12 Aprel 2015    Oxunub:1721
Keçmiş dövlət katibi Hillari Klintonun ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilir.
Bu barədə məlumatı Hillari Klintonun planları ilə tanış olan demokrat partiyasının nümayəndələri bildiriblər. Xanım siyasətçi namizədliyini aprelin 12-də sosial media vasitəsi ilə elan etməlidir. Bununla bağlı video-müraciət də hazırlanır.

Gələn həftədən etibarən keçmiş dövlət katibinin ştatlarda tanışlıq kampaniyalarına başlayacağı gözlənilir. Hillari Klinton seçkilərdə qələbə qazanacağı təqdirdə, ABŞ tarixində ilk qadın dövlət başçısı olacaq.


Teqlər:





Xəbər lenti