Türkiyə Papaya görə səfirini geri çağırdı
AzVision.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Buna səbəb Roma papasının qondarma erməni `soyqırımı` haqda dediyi fikirlərdir.
***
Vatikanın Ankaradakı səfiri Antonio Lucibello Türkiyə Xarici İşlər nazirliyinə çağırılıb.
Səfirdən Roma papasının qondarma erməni `soyqırımı` haqda dediyi fikirlərinə görə izahat tələb olunub.
Qeyd edək ki, bu gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Papa çıxış edərək bilrib ki, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.
Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak edib. Papanın bu açıqlaması Türkiydə narazılıqla qarşılanıb.