`Prezidentliyə hazırlaşıram...` - Hillari Klinton (VİDEO)

`Prezidentliyə hazırlaşıram...` - Hillari Klinton (VİDEO)
  13 Aprel 2015    Oxunub:2202
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkisində namizəd olacağını sosial mediada yaydığı video ilə təsdiqləyib.
“Facebook” və “Youtube” sosial şəbəkələrindən yayılan videoda H.Klinton prezidentliyə hazırlaşdığını söyləyir. Kampaniya təqdimatı olan videoda sadə amerikalılar qarşıdakı dövrdə nəyə hazırlaşdıqlarını bildirirlər. Kimisi uşağının məktəb hazırlığından, kimisi bağçasındakı bahar hazırlığından, kimisə də işini böyütmək arzularından bəhs edir. Videonun sonunda görünən H.Klinton isə, "mən də prezident sekçilərinə hazırlaşıram" deyir.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama da keçmiş dövlət katibinə dəstək verib. O açıqlamasında H.Klintonun ölkəni irəliyə aparacaq bir məqsədə sahib olduğunu söyləyib.

“Reuters-Ipos” tərəfindən aparılan anketdə isə demokratların H.Klintona dəstəyi 60 faiz ətrafındadır. Ona rəqib ola biləcək ən böyük namizəd isə senator Elizabeth Warrendir. Partiya üzvlərinin 18 faizi onu dəstəkləyir. Ancaq bir müddət öncə E.Warren prezidentliyə namizəd olmayacağını açıqlayıb. Digər rəqiblər isə daha az səs toplayıblar.





Teqlər:  





Xəbər lenti