Rusiyada dəhşətli yanğınlar: 14 ölü - YENİLƏNİB

Rusiyada dəhşətli yanğınlar: 14 ölü - YENİLƏNİB
  13 Aprel 2015    Oxunub:1377
Rusiya Federasiyasının Xakasiya Respublikası ərazisində dəhşətli meşə yanğınları baş verib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub.

“İlkin məlumatlara görə, ən azı 10 nəfər həlak olub. Hazırda bütün məlumatlar dəqiqləşdirilir” - deyə region hökumətinin mətbuat xidmətinin katibi İrina Emeyanova bildirib.

Son məlumatlara görə, xilasedicilər respublika ərazisində 27 yaşayış məntəqəsində qeydə alınan yanğını ram edə biliblər.

Qeyd edək ki, yanğınlarla əlaqədar olaraq regionda fövqəladə vəziyyət elan olunub.

***

10:08

Rusiya FHN-nin yaydığı məlumata görə, Xakasiya regionunda baş verən yaxğın nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti