Türkiyədə deputatlığa gey namizəd - FOTO

Türkiyədə deputatlığa gey namizəd - FOTO
  13 Aprel 2015    Oxunub:2128
Türkiyənin Xalqların Demoratiya Partiyasından (HDP) millət vəkilliyinə namizəd olan Barış Sulu homoseksual olduğunu açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, HDP-ni seçməyini belə izah edib:

“HDP-ni ona görə seçdim ki, hər ikimiz eyni səviyyədə əzilirik. Uzun illərdir ki, homoseksuallar əzilir, biz hər ikimiz eyni ağrıları yaşamışıq. Biz də öldürülmüşük, dövlət bizi zibil qutusuna atıb, heç sayılmışıq. Mütəmadi olaraq bizim ümumiyyətlə mövcud olmadığımız deyilib. Homoseksuallar, biseksuallar, translar HDP-nin tərkibində rahat davrana bilirlər. Onlar bu partiyanın bütün konfranslarında çıxış etmək haqqına sahibdirlər. Elə buna görə də HDP-dəyəm”.

37 yaşlı Barış Sulu namizəd olduğu HDP-nin 10%-lik səsini toplayacağına inandığını deyib. O vurğulayıb ki, Türkiyə Konstitusiyasında homoseksuallarla bağlı heç bir maddə yoxdur: “Konstitusiyada Bülənt Ərsoy qanunu var, qanunlarda “transseksual” sözünün işləndiyi yeganə maddə budur. Amma homoseksuallarla bağlı heç nə yoxdur. Konstitusiyada cinsi şəxsiyyət ifadələri də olmalıdır ki, biz də tanınaq və konstitusion hüquqlarımızdan istifadə edə bilək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti