Yəməndən çıxarılan azərbaycanlılar Moskvada - YENİLƏNİB
Rusiya XİN-də təxliyə edilənləri hava limanında xarici ölkələrin nümayəndələri gözləyir. Öz səyahətlərini davam etdirmək istəyən şəxslər isə Moskva hava limanlarına aparılacaq.
***
Göyərtəsində 6 azərbaycanlının da olduğu “Tu-154” təyyarəsi Cibutidən Rusiyaya uçub.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.
Rusiyanın Cibutidəki səfiri Valeriy Orlovun sözlərinə görə, təyyarənin göyərtəsində 49 Rusiya, 18 Ukrayna, 6 Azərbaycan və Belarus, 11 Özbəkistan, 3 Türkmənistan, bir Estoniya və Somali vətəndaşı olub. Bundan əlavə, təyyarədə 40-dan çox Yəmən vətəndaşı olub.
Qeyd edək ki, Rusiyaya məxsus xüsusi təyyarə bir qrup yerli və xarici vətəndaşların təxliyə edilməsi məqsədilə Qahirədən Cibutiyə gəlib.
Eldar Tanrıverdiyev