Rusiyada azərbaycanlıların qanlı davası

Rusiyada azərbaycanlıların qanlı davası
  13 Aprel 2015    Oxunub:5394
Rusiyanın Zeleqrad şəhərində kafelərdən birində baş verən kütləvi dava nəticəsində üç azərbaycanlı bıçaqlanıb.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç azərbaycanlı xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən hər üç azərbaycanlı tikinti şirkətlərindən birində işləyir. Yaralı həmvətənlərimiz onları bıçaqlayan şəxslərin adlarını polisə bildiriblər. Hazırda Rusiya polisi azərbaycanlılara xəsarət yetirən şəxslərin axtarışına başlayıb.

Hüquq mühafizə orqanlarından olan mənbənin “İnterfax”a verdiyi məlumata görə, həm bıçaqlanan həm də onlara xəsarət yetirən şəxslər Azərbaycan vətəndaşlarıdır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti