İŞİD lideri öldürüldü

İŞİD lideri öldürüldü
  13 Aprel 2015    Oxunub:2787
İraqda İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının liderlərindən biri Abu Maria öldürülüb.
AzVision.az-ın məlumatına görə, bu barədə İran Dövlət Televiziyası (IRIB) məlumat yayıb.

Telekanalın məlumatına görə, Abu Maria İraq ordusunun Tikrit şəhərinin şimal-şərqində keçirdiyi əməliyyatlar nəticəsində öldürüb. Əməliyyat İraq kəşfiyyatının məlumatları əsasında aparılıb. İŞİD lideri ilə yanaşı onun bir neçə köməkçisi də öldürülüb.

Abu Maria Salah-əd-Din vilayətlərində iki rayonun “qubernatoru” olub.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti