Əsgərlərə telefondan istifadəyə icazə verildi

Əsgərlərə telefondan istifadəyə icazə verildi
  13 Aprel 2015    Oxunub:2678
Türkiyə Silahlı Qüvvələri (TSK) əsgərlərə müəyyən edilmiş şərtlərdə və saatlarda mobil telefonlardan istifadə etməyə icazə verəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TSK-nin bu addımı atmasının səbəbi əsgərlərin ailələri ilə daha rahat ünsiyyət saxlamasını təmin etmək və onların motivasiyasını yüksəltməkdir.

Qurumun rəsmi açıqlamasına görə, hərbi qulluqçular ancaq TSK tərəfindən icazə verilən mobil telefonlar və müəyyənləşdirilmiş nömrələr vasitəsilə yaxınları ilə ünsiyyət saxlaya biləcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti