Rusiya hərbi gəmiləri Bakıya gəlir

Rusiya hərbi gəmiləri Bakıya gəlir
  13 Aprel 2015    Oxunub:2073
“Qrad Sviyajvsk”, “Uqliç”, “Volqodonsk”, və “Mahaçqala” kiçik həcmli raket və artilleriya gəmilərinin ekipajı Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri (HDQ) ilə keçiriləcək birgə təlimlərin hazırlıqlarına başlayıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Əyaləti rəsmi məlumat yayıb.

“Heyət hazırlıq prosesində müxtəlif mövzulu təlimlər keçirəcəklər. Onlar birgə manevr etmək, hava və dəniz hədəflərinə artilleriya sistemlərindən atəş açmaqla, müxtəlif növ təlimlər keçirəcəklər”, - deyə Cənub Hərbi Əyalətinin yaydığı məlumatda bildirilir.

Hərbi xidmət tapşırıqlarının yerinə yetirilməsi zamanı Rusiyanın HDQ gəmiləri iyunda Bakıda (Azərbaycan) və Aktau (Qazaxıstan) limanlarına daxil olacaqlar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti