Azərbaycanlı iş adamı Saratovda güllələndi
Hadisənin aprelin 12-si yerli vaxtla saat 04 radələrində baş verdiyini deyən V. Muradov bildirib ki, milisdə olan məlumata görə, hadisə mübahisə zəmində baş verib və hadisəni törədənlər hadisə yerindən qaçıblar. O. Əliyev hazırda şəhərdəki xəstəxanalardan birinə yeləşdirilib, vəziyyəti normaldır. Milis hadisəni törədənləri axtarır, hadisənin motivini araşdırır.
Qeyd edək ki, hadisə Saratov şəhərindəki kafelərin birinin yaxınlığında baş verib.
Güllə yarası alan həmyerlimiz xəstəxanaya yerləşdirilib. Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, o, travmatik silahdan açılan atəş nəticəsində bud və döş nahiyyəsindən yaralanıb.
Həmyerlimiz səhər saat 04.00 radələrində naməlum şəxslə mübahisə etdiyini bildirib. Onun sözlərinə görə, atəş açan şəxs “VAZ-2114” markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.