Almaniya da qondarma `soyqırımı` tanımadı
Almaniya hükümətinin rəsmisi Kristian Virtz Berlində keçirdiyi mətbuat konfransında jurnalistlərin “soyqırım”la bağlı suallarını cavablandırıb. Bildirilib ki, bu mövzuya mütəxəssislər və tarixçilər qiymət verməlidir.
K. Virtz məsələ ilə bağlı hansı mövqenin doğru olduğuna arbitr kimi qərar verə bilməyəcəklərini söyləyib.
Bu açıqlama ilə Almaniya da ermənilərin qondarma “soyqırım” iddialarını qəbul etmədiyini açıq-aşkar dünyaya çatdırdı.
AzVision.az