Diktatorun `ölən` arvadı üzə çıxdı - FOTO
“Partiyamızın və xalqımızın rəhbəri, sevimli yoldaş Kim Çen In yoldaş Li Sol Çu ilə birgə prezident tribunasında olublar”, - deyə Şimali Koreyanın dövlət qəzeti yazıb.
Cənubi Koreyanın “Renhap” agentliyi vurğulayır ki, sonuncu dəfə diktatorun arvadı Li Sol Çu dekabrın 17-i Kim Çen Inın atası, ölkənin sabiq lideri Kim Çen İrin anım mərasimləri ilə bağlı tədbirlərə qatılmışdı.
Qeyd edək ki, bəzi Qərb KİV-ləri Şimali Koreya liderinin öz həyat yoldaşını öldürməsi ilə bağlı xəbərlər yayırdılar. Birinci xanımın çoxdandır ictimaiyyət arasında çıxmaması ilə bu şayiələri gücləndirirdi.
Eldar Tanrıverdiyev