Rusiya azərbaycanlı iş adamını həbsdə saxladı

Rusiya azərbaycanlı iş adamını həbsdə saxladı
  14 Aprel 2015    Oxunub:1876
Tatarıstan Ali Məhkəməsi “Zarya” ASC-nin direktoru müavini, 49 yaşlı Hüseynqulu Nəcəfovun həbs olunması barədə qərarı qüvvədə saxlayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şirkət Kazanda yanan “Admiral” ticarət mərkəzinin icarədarları ilə qarşılıqlı əlaqəyə görə məsuliyyət daşıyır.Qeyd edək ki, daha əvvəl Rusiya məhkəməsi Nəcəfovun may ayının 11-nə qədər həbs edilməsi barədə qərar qəbul etmişdi.

Tatarıstan prokurorluğunun məlumatına görə, məhz Nəcəfovun göstərişi ilə icarə haqqında müqavilələr bağlanılıb. Bu müqavilələr əsasında obyekt qanunsuz formada, ticarət mərkəzi kimi istifadə olunub. Eyni zamanda obyektdə yanğın təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.

Qeyd edək ki, Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində baş verən yanğın zamanı 16 nəfər ölüb.

Ölənlərdən üçü Azərbaycan vətəndaşı olub. Ticarət mərkəzi iş adamı Hüseyn Qəhrəmanova məxsus olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti