İŞİD dini söyən şəxsin başını kəsdi - FOTO

İŞİD dini söyən şəxsin başını kəsdi - FOTO
  14 Aprel 2015    Oxunub:1936
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı növbəti dəfə edam xəbəri ilə gündəmə gəlib.
AzVision.az xəbər verir ki, təşkilat bu dəfə dini söyməkdə ittiham etdiyi şəxsin başını kəsib.

Suriyanın Həma şəhərində baş tutan edam zamanı həmin şəxsin əlləri və gözləri bağlanıb, daha sonra isə qəssab bıçağı vasitəsilə öldürülüb. Edamdan çəkilən görüntülər internetdə yayılıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti