Titanikdə çalınan skripka orijinaldır - VİDEO

Titanikdə çalınan skripka orijinaldır - VİDEO
  24 May 2013    Oxunub:1721
Titanik gəmisi 1942-ci ilin aprelin 15-də Atlantik okeanında aysberqə çırpılan zaman gəminin orkestri dayanmadan “Nearer, My God, to Thee” musiqisini ifa edib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, gəminin orkestrinə maestro Uollas Hartli rəhbərlik edib. Hartli inanırdı ki, çalınan musiqi təlaşda olan insanları sakitləşdirməyə kömək edəcək.

Titanikin faciəli şəkildə batmasından təxminən 100 il sonra həmin skripkanın maestro Hartliyə məxsus olması təsdiq olunub.





Skripkanın sonrakı sahibi 2006-cı ildə onu satmaq və orijinallığını təsdiq etmək üçün “Aldridge and Son” hərrac şirkətinə verib. Yeddi ildən sonra İngiltərədə analiz edilən skripkanın həqiqətən gəminin maestrosu Uollas Hartliyə məxsus olduğu məlum olub.

Skripkanın üzərində “Nişan münasibətilə Mariyadan Uollasa” sözləri həkk edilib. Hartlinin nişanlısı Maria Robinzon skripkanı 1910-cu ildə nişanlanmaqları münasibətilə ona hədiyyə edib.

Hartli gəmidə öldükdən sonra onun cəsədi dənizdə tapılıb Onun skripkası və digər əşyaları yanında olmayıb. Nişanlısı Marianın gündəliyind qeyd olunub ki, skripka sonradan ona geri qaytarılıb. 1939-cu ildə onun ölümündən sonra skripka hazırkı sahibinin anasına verilib.

“Aldridge and Son” hərrac şirkəti Titanik skripkasının dəyərini açıqlamaqda tərəddüd edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti