“Boko Haram” 2 min qadını qaçırıb

“Boko Haram” 2 min qadını qaçırıb
  14 Aprel 2015    Oxunub:1757
“Amnesty International” təşkilatının hazırladığı hesabata görə, Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror təşkilatı ötən ildən bu günə qədər 2000-dən çox qadını qaçırıb.
AzVision.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, onların qaçırdığı qadınlar cinsi istismara məruz qalır. Terror təşkilatı həmçinin gənc oğlanları da oğurlayıb təşkilatın tərkibində əsgər kimi xidmət etməyə məcbur edir.

“Boko Haram”ın öldürdükləri də az deyil. Belə ki, bir il ərzində təşkilat 500 min mülki vətəndaşı öldürüb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti