Ərəblər prezident iqamətgahını bombaladılar

Ərəblər prezident iqamətgahını bombaladılar
  15 Aprel 2015    Oxunub:1729
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sanada yerləşən prezident iqamətgahına aviazərbələr endirib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Sananın mərkəzi prezident iqamətgahının yerləşdiyi Sabaiin rayonunda güclü partlayış səsləri eşidilib”, - deyə hərbi mənbə bildirib.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

Daha əvvəl Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri şiə üsyançılar tərəfindən tutulan Ədən şəhərinə aviazərbələr endiriblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti