ABŞ-da polis zorakılığına qarşı etirazlar – FOTOLAR

ABŞ-da polis zorakılığına qarşı etirazlar – FOTOLAR
  15 Aprel 2015    Oxunub:2720
Nyu-Yorkda polis zorakılığına qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib.

AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, ABŞ polisi aksiyalarda iştirak edən 34 nəfəri həbs edib.

Nyu-Yorkda şəhər sakinləri polisin qaradərili sakini öldürməsinə etiraz olaraq küçələrə axışıb.

Etiraz aksiyası Manhettendə başlayıb. İlk olaraq aksiyada 400 nəfər iştirak edib. Onlar aşağı Manhettendə yerləşən polis idarəsinə istiqamətləniblər.

Aksiya zamanı etirazçılar və polislər arasında bir neçə dəfə qarşıdurma da baş verib.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  





Xəbər lenti