Səma 1985-ci ildə, aprelin 19-da Bakıda anadan olub. Atasının jurnalist olması onda jurnalistikaya həvəs yaradıb. 2003-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Hazırda 106.3 radiosunda prodüser, Xəzər TV-də yayımlanan «Avtostop» verilişinin aparıcılarından biridir.
«Ədalət» qəzetində və Yurd TV-nın xəbərlər departamentində çalışıb. Həyat yoldaşı DJ Turalla həm də iş yoldaşı olmaq ona zövq, bir o qədər də böyük məsuliyyət hiss etdirir.
Azərbaycanda qadın sürücülər üçün ilk və tək olan «Qadın işi» rubrikasının müəllifi olmasından qürur duyur. Bütün vaxtını, enerjisini və fantaziyasını ailəsi və işi arasında vicdanla bölməyə çalışır. Ən çox sevdiyi məşğuliyyət isə özünü oğluna həsr etməkdir.
Həyat devizi: «Açılmamış qanadların böyüklüyü bilinməz»