Baş nazir Putindən çox qazanır - 8 milyon

2014-cü il ərzində Putin 7, 654 milyon rubl (159,370 manat) qazanıb.
Bununla da, Putin ötən illə müqayisədə iki dəfədən çox gəlir əldə edib. 2013-cü ildə Rusiya liderinin gəlirləri 3,6 milyon rubl (74,963 manat) olmuşdu.
Rusiya baş naziri isə 2014-cü ilin yekunlarına əsasən 8 milyon rubldan (166,580 manat) çox gəlir əldə edib. Medvedyevin gəlirləri də ötən ilə nisbətən təxminən iki dəfə artıb. Belə ki, ötən il baş nazirin gəlirləri 4,2 milyon (87,454 manat) olub.
Eldar Tanrıverdiyev