`Nüvə razılaşmasını qəbul etməyəcəyik` - Ruhani

`Nüvə razılaşmasını qəbul etməyəcəyik` - Ruhani
  16 Aprel 2015    Oxunub:1430
İran prezidenti Həsən Ruhani deyib ki, bütün beynəlxalq sanksiyalar qaldırılmasa, ölkəsi supergüclərlə əldə edilmiş nüvə razılaşmasını qəbul etməyəcək.

İran BMT qətnamələri də daxil olmaqla ABŞ və Aİ sanksiyalarının birdəfəlik ləğvini istəyir. ABŞ sanksiyaların tədricən qaldırılacağını bildirib.

İranın nüvə proqramına dair danışıqlar aprelin 2-də başa çatıb. Lozannada danışıqlara qatılan ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin ümid edirlər ki, razılaşma dinc nüvə proqramı arxasında İran atom bombasının yaradılmasını qeyri-mümkün edər və artıq 12 il davam edən beynəlxalq böhrana son qoyar.

Hazırlanmış çərçivə sazişi beynəlxalq sanksiyaların qaldırılması müqabilində İranın nüvə proqramı miqyasının məhdudlaşdırlmasını nəzərdə tutur.

Çərçivə müqaviləsinin məqsədi iyunun 30-na kimi imzalanmalı yekun müqavilənin əsasını təşkil edə biləcək təməl razılaşmaların nail olunması elan edilib.

ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı razılaşmaya dair ABŞ hökuməti və parlamentinin fəaliyyətlərinin koordinasiyası ilə bağlı konqreslə razılığa gəlib. (bbc)


Teqlər:





Xəbər lenti