Prezidentin oğlu məhkəmədə uduzdu

Prezidentin oğlu məhkəmədə uduzdu
  16 Aprel 2015    Oxunub:2133
İstanbul məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın Cumhuriyet qəzetinin jurnalisti Canan Coşquna qarşı böhtan haqqında iş üzrə iddiasını rədd edib.

2014-cü ilin sentyabrında C.Coşqun Bilal Ərdoğanı rüşvət almaqda ittiham etmişdi.

Coşqunun məqaləsinə əsasən, Türkiyədə direktorlar şurası üzvünün Bilal Ərdoğan olduğu təhsilə yardım fondu bələdiyyəyə qanunsuz təsir göstərərək, İstanbulun mərkəzində tarixi bina alıb. Türkiyə prezidentinin oğlu bunu böhtan sayaraq, Coşquna qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə jurnalistin hərəkətlərində cinayət tərkibi tapmadığı üçün kiçik Ərdoğanın iddiasını rədd edib, Hurriyet qəzeti xəbər verir. (oxu.az)


Teqlər:





Xəbər lenti