`Üstümüzdə ləkə yoxdur` - Ərdoğan qəzəbləndi
Ərdoğan bildirib ki, Türkiyədə 100 minə yaxın erməni var: "Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Biz ölkəmizə öz ölkəsindən qaçıb gələn erməniləri də deportasiya etmədik, halbuki edə bilərdik. Onları hələ də ölkəmizdə qonaq edirik. Belə bir davranış nümayiş etdirən ölkəyə bu cür qarşılıq verilməsini anlamaq mümkün deyil”.
Ərdoğan AP-nin qərarı ilə bağlı deyib: “Necə qərar veririlərsə versinlər, Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”.
Qeyd edək ki, bu gün Avropa Parlamenti qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair Qətnamə qəbul edib.