Putin bu gün sorğu-sual ediləcək

Putin bu gün sorğu-sual ediləcək
  16 Aprel 2015    Oxunub:1986
Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya ilə ənənəvi birbaşa yayımla sualları cavablandıracaq.
AzVision.az-ın məlumatına görə, canlı yayım aprelin 16-da yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 14:00-da) başlayacaq.

Putin ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı ona ünvanlanan sualları cavablandıracaq. Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanacaq.

Qeyd edək ki, 2014-cü ildə “Rusiya prezidenti ilə birbaşa xətt” verilişi aprelin 17-i baş tutub və 3 saat 56 dəqiqə davam edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti