Türkiyədə dəhşətli terror aktlarının qarşısı alınıb

Türkiyədə dəhşətli terror aktlarının qarşısı alınıb
  17 Aprel 2015    Oxunub:1399
Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları əvvəl saxladıqları DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) terror təşkilatının iki üzvünün evində keçirilən baxış zamanı onların ölkə ərazisində silsilə terror aktlarının hazırlandığını təsdiqləyən dəlillər aşkarlayıb.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə Təhlükəsizlik İdarəsinin məlumatına əsasən, terrorçuların evində keçirilən baxış zamanı və onlara məxsus kompüterlərdə üzvü olduqları təşkilatın parlament deputatlarına, Milli Kəşfiyyat Xidmətinin zabitlərinə, polis əməkdaşlarına, sahibkarlara və ABŞ vətəndaşlarına qarşı sui-qəsd planlarını təsdiqləyən sənədli dəlillər aşkarlayıb.

Məlumata görə, terrorçular, polis forması geyinərək, polis idarələrinə daxil olaraq partlayışlar törətmək niyyətində olublar. Bundan başqa, onlar Bosfor və Dardanel boğazlarından keçən ABŞ gəmilərinə və iri sahibkarlara məxsus gəmilərə qarşı diversiya hazırlamaq məqsədi ilə dayvinq (dalğıc) təlimi keçiblər. Terrorçular sui-qəsdlərin törədilməsində, həmçinin, zəhərli maddələrdən istifadə etməyi planlaşdırıb.


Teqlər:





Xəbər lenti