“Google” əl yazısını tanıyacaq
İstifadəçilərin 82 dildə əl yazısıyla axtarış aparmasına imkan verən “Google əl yazısı” adlı yeni klaviatura tətbiqetməsi artıq “Google play”də istifadəyə verilib.
İstifadəçilər qələmə ehtiyac olmadan telefonun ekranına toxunmaqla istədikləri sözü yazıb axtara biləcəklər.
Bu tətbiqetmə Android 2.3 və onun daha üstün versiyaları olan telefonlar, Android 4.0 və onun daha üstün versiyaları olan planşetlər, iOS 5 və onun daha üstün versiyaları olan iPhone və iPadlərdə istifadə oluna biləcək.
Fatimə Kərimli
Teqlər: