Kapadokyanın mərkəzi küçəsinə `Qarabağ` adı verildi

Kapadokyanın mərkəzi küçəsinə `Qarabağ` adı verildi
  17 Aprel 2015    Oxunub:2254
Millət vəkili Qənirə Paşayeva Nevşəhərə səfəri çərçivəsində tarixi Kapadokyanın Üçhisar bələdiyyə başqanı Ali Karaaslan ilə görüşüb.

Millət vəkili Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaşlaşdığını bildirərək, qədim Kapadokya, Üçhisarı da Azərbaycan bölgələrindən biri ilə qardaş görmək istədiyini bildirib.

Üçhisar bələdiyyə başqanı millət vəkili Qənirə Paşayevanın bundan öncə Nevşəhərə səfəri zamanı verdiyi konfransda və Azərbaycan-Türkiyə qardaşlıq gecəsində çıxışında üzünü nevşəhərlilərə tutaraq, `Bu tarixi bölgədə gözəl Qarabağın adını daşıyan bir park və ya küçə görmək istəyirik` çağırışını xatırlatdı. Və bildirdi ki, bələdiyyənin qərarı ilə Kapadokyanın mərkəzi küçələrindən birinə Qarabağ adı veriblər. O, iyul ayında küçənin açılış mərasiminin keçiriləcəyini deyib və millət vəkili Qənirə Paşayevanı da dəvət edib.

Deputat bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasında yazdığı “Aşıq oldum Sənə -Nevşəhər” adlı yeni kitabını təqdim edib və bildirib ki, bu, əziz nevşəhərlilərə, Kapadokiya, Uçhisar sakinlərinə onun kiçik bir hədiyyəsidir.


Teqlər:  





Xəbər lenti