Bakıda avtobuslar 20 saat işləyəcək
![Bakıda avtobuslar 20 saat işləyəcək Bakıda avtobuslar 20 saat işləyəcək](https://azvision.az/photos/oglasheni-kategorii-litc-s-pravom-besplatnogo-proezda-obshestvennim-transportom-v-hode-pervih-evropeyskih-igr-v-baku.jpg)
Onun sözlərinə görə, tamaşaçıları idman obyektlərinə daşımaq üçün xəttə xüsusi ekspress-avtobuslar buraxılacaq.
“İdman obyektlərinin yerləşdiyi ərazilərdə avtomobillərin dayanması məhdudlaşdırılacaq. Yarışa gəlmək üçün bileti olacaq avtomobil sahibləri maşınlarını xüsusi dayanacaqlarda saxlayacaq, sonra isə ekspresslərlə yarışların keçirildiyi ərazilərə gedəcəklər”, - deyə, Həsənov bildirib.
O qeyd edib ki, həmin dövrdə həmçinin lisenziyasız taksilərin fəaliyyəti də qadağan ediləcək.
“Bundan başqa, xəttə 300 yeni sərnişin avtobusu buraxılacaq”, - deyə, mətbuat xidmətinin rəhbəri bildirib.
Avropa Oyunları 12 – 28 iyun tarixlərində Bakıda keçiriləcək və qitənin tarixində bir ilk olacaq.