Yanukoviçin oğurladığı pullar qaytarılır
"Federal ədliyyə qurumu Ukrayna Prokurorluğunun bununla bağlı xahişini müsbət dəyərləndirib. Dondurulmuş aktivlər Ukraynaya qaytarılacaq" deyə qurumun nümayəndəsi Folko Qalli bildirib. O, bununla bağlı ukraynalı keçmiş məmurların və Yanukoviç ailəsinin məlumatlandırılmasının vacib olmadığını bildirib. Xatırladaq ki, İsveçrə 2014-cü ildə Viktor Yanukoviçin və ona yaxın 30 digər məmurun bank hesablarını donduran ilk ölkədir.