İvanişvili: “Prezident Allah deyil”

İvanişvili: “Prezident Allah deyil”
  25 May 2013    Oxunub:1477
Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib ki, eks-prezident, “Vahid milli hərəkat” partiyasının baş katibi Vano Merabişvilinin həbsindən sonra prokurorluqda prezident Mixail Saakaşvili ilə bağlı suallar meydana çıxacaq.
AzVision.az qərb mətbuatına istinadən məlumat verir ki, Merabişvili və Kaxetiya qubernatoru Zurab Çiaberaşvili Gürcüstanın Daxili İşlər Nazirliyinin vasitələri hesabına Qara dəniz sahilində dəbdəbəli bağı mənimsəməklə 2012-ci ilin işə düzəltmə üzrə dövlət proqramı çərçivəsində “Milli Hərəkat” tərəfdarları üçün saxta iş yerləri açmaqda ittiham olunaraq saxlanılıb.

“Prezident – Allah deyil, o (Saakaşvili) - demokratik ölkənin prezidentidir və digər vətəndaşlar kimi qanun qarşısında cavabdehdir. Əgər onun baş naziri saxlanılıbsa, böyük ehtimalla prokurorluqda onunla bağlı suallar meydana çıxacaq” - İvanişvili söyləyib.

Onun sözlərinə görə, Saakaşvilinin sorğuya çəkilməsi Avropa ölkələrində təəccüb doğurmayacaq. “Bu normaldır və Avropa cəmiyyəti bunu normal qəbul edəcək” - İvanişvili vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti