Almaniyanın nüfuzlu qəzeti ASAN-dan yazdı

Almaniyanın nüfuzlu qəzeti ASAN-dan yazdı
  18 Aprel 2015    Oxunub:3505
Almaniyanın nüfuzlu `Behörden Spiegel` qəzetinin 16 aprel tarixli sayında ASAN Xidmət haqqında məqalə dərc olunub. Məqalənin müəllifi Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutunun sədri Matias Dornfeltdir.

AzVision.az
həmin məqaləni oxucularına təqdim edir.

ASAN – Vətəndaşlara Xidmət Mərkəzi
Qabaqcıl idarəçilik və Korrupsiyaya qarşı mübarizə

Azərbaycan Respublikası dövlət xidmətlərinin strukturlaşmasını və müasirləşməsini həyata keçirməyə başlayıb. Bu prosesin əsası “ASAN xidmət” mərkəzlərinin müxtəlif regionlarda yaradılması ilə başlanılıb. Asan və rahatlıq mənasını ifadə edən dövlət xidmətlərinin göstərilməsi üzrə yeni model olan bu konsepsiya pozitiv rezonansa səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı əsasında yaradılıb. “ASAN xidmət” mərkəzləri Azərbaycanda dövlət və özəl xidmətləri vahid mərkəzdə birləşdirir.

Vahid məkandan fəaliyyət göstərən 10 dövlət orqanının əməkdaşları vətəndaşlara xidmət göstərməklə yanaşı onları maraqlandıran müxtəlif sualları cavablandırırlar.

“ASAN xidmət” mərkəzlərinin əməkdaşları özlərini intizamlı və sadə işçi kadr olaraq nümayiş etdirirlər. Könüllülər və məlumat köşkünün əməkdaşları vətəndaşlara ərizə- müraciət formalarının doldurulmasında köməklik göstərir və ya vətəndaşlar ərizələri müasir avadanlıqlar vasitəsi ilə elektron qayda da individual olaraq doldura bilərlər. Vətəndaşlar mərkəzə gəlmədən internet vasitəsilə və ya “Çağrı mərkəzi”nə zəng etməklə onlayn növbə götürə bilərlər. Mərkəzlərə uşaqları ilə gələn vətəndaşlar onları uşaq əyləncə guşəsinə təhvil verib rahat şəkildə xidmətlərdən yararlana bilərlər. Eyni zamanda, vətəndaşlar mərkəzlərdə tibb və internet-kafe xidmətlərindən də yararlanmaq imkanına malikdirlər.

Vətəndaşlar digər müasir xidmətlərdən biri olan “Çağrı mərkəzi”nə saat 10:00-dan 19:00-a kimi zəng etməklə mərkəzlərdə göstərilən xidmətlər barədə istənilən suala cavab tapa bilərlər.

Müasir, innovativ və informasiya-kommunikasiya avadanlıqları vasitəsilə vətəndaşlara rahat və sadə yolla məlumatların verilməsi və xidmətlərin göstərilməsi “ASAN xidmət”in uğur formullarından biridir. Vətəndaşlara münasibətdə vaxt itkisinin və əlavə xərclərin qarşısının alınması müsbət atmosferin yaranma amillərindən biridir. Mərkəzlərdə şəffaflıq maksimum səviyyədə təmin olunub, belə ki, interaktiv monitorlar vasitəsilə vətəndaşlar mərkəzlərdə göstərilən xidmətlər barədə dövlət rüsumunu öyrənə bilər və xidmət mərkəzlərində fəaliyyət göstərən banklara nəğd və ya kredit kartları ilə ödənişi həyata keçirə bilərlər. İnkişaf edən Azərbaycanda “ASAN xidmət” uğur modelinə çevrilmişdir. Şəffaflığın və effektivliyin təmin olunması məqsədi ilə müasir və internetlə təchiz olunmuş “ASAN xidmət” avtobusları vasitəsi ilə regionlarda vətəndaşlara xidmət göstərilir.

Bürokratiyaya qarşı mübarizə və vətəndaşların daha tez zamanda xidmətlərdən yararlanması məqsədi ilə müasir dövlət idarəçiliyi yaradılıb. Azərbaycan hökuməti innovativ yeniliklərin tətbiqi ilə korrupsiyaya hallarının qarşısını alır.

Bugünədək 4 milyondan çox vətəndaş ASAN xidmətlərdən faydalanıb. 4 “ASAN xidmət” mərkəzi ölkənin regionlarında, 4 mərkəz isə əhalisi 3 milyondan çox olan Bakı şəhərində yerləşir.

Mərkəzləşdirilmiş və rəqəmsal İT strukturu Azərbaycanın uğurlu inkişafına təkan verir. Vətəndaşlar üçün bu strukturlardan istifadə etmək çox asandır. Getdikcə daha da müasirləşən Azərbaycanın uğurlu modeli olan “ASAN xidmət” təcrübəsinin digər ölkələrdə də tətbiqinə başlanılıb.

ASAN xidmət barədə daha ətraflı məlumatı www.asan.gov.az saytına daxil olmaqla əldə etmək olar.

Matias Dornfelt
“Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri



Teqlər:





Xəbər lenti