Kəlbəcər girovları üçün Londonda etiraz

Nümayiş iştirakçıları ötən il Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini tələb ediblər.
Ermənistan səfirliyi etiraz aksiyasına münasibət bildirməkdən imtina edib.
Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən il Dağlıq Qarabağda erməni qüvvələrin nəzarəti altında olan Kəlbəcər rayonu ərazisində saxlanılıb. Onlar iki nəfəri qətlə yetirməkdə, bir nəfəri yaralamaqda, "sərhədi diversiya məqsədilə" keçməkdə ittiham olunaraq, tanınmamış Dağlıq Qarabağ Respublikası məhkəməsi tərəfindən məhkum olunublar.(bbc)
Teqlər: