Havanız xoş olsun !

Havanız xoş olsun !
  25 May 2013    Oxunub:1252
Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 24-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Aqrometeoroloji şərhə gəlincə respublikanın bəzi rayonlarında mayın 27-28-də gözlənilən yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərinin normal inkişafını təmin etməklə yanaşı yetişməkdə olan taxıl bitkilərinin gövdələrinin yerə yatmasına səbəb ola bilər.


Teqlər:  





Xəbər lenti