Məmurlara qarşı qeyri-adi cəza

Məmurlara qarşı qeyri-adi cəza
  19 Aprel 2015    Oxunub:2375
Çində tənbəl məmurlara qarşı maraqlı və qeyri-adi cəza növü tətbiq edilir.
İnzibati dairələrdən biri yaxşlı işləməyən dövlət qulluqçularını hərbi tipli düşərgələrdə təkmilləşmə kursları keçməklə cəzalandırır.

Quycjou əyalətinin Tsyansi dairəsindəki təcrübə barədə Çinin Mərkəzi Televiziyası xəbər verir. Məlumata əsasən müdiriyyətin göstərişlərini yerini yetirməyən, yaxşı nəticələr göstərməyən və zəif işləyən rəsmilər bir həftəyədək təlim düşərgəsinə göndərilə bilər.

Düşərgələr kiçik qanun pozuntularına görə cəza çəkənlər üçün təkmilləşmə kurslarını nəzərdə tutan daha geniş islah-təlim şəbəkəsinin tərkib hissəsidir.

İndiyədək düşərgəyə 1,668 rəsminin göndərildiyi bildirilir.

Onlardan biri Nie Tsinçandır. O davamlı "olaraq diqqətini işdə cəmləşdirməyə" görə cəzalandırılıb. Xanımın sözlərinə görə yenidən təlimləndirmə hər nə olsa belə maaşını alacağına əmin rəsmiləri bu düşüncə tərzindən uzaqlaşdıra bilər.

Çin hökuməti zəif işləyən məmurlara qarşı qərarlı addımlar vəd edib. Lakin Tsyansidəki sərt təcrübənin nəticə verəcəyi barədə fikirlər parçalanıb.
Red News saytı güman edir ki, düşərgələr rəsmilərin səhhətini yaxşılaşdıra bilsə də peşə fəaliyyətinə təsir etməyə qadir deyil.

Weibo mikrobloqlar saytında isə məsələnin həlli üçün daha kəsərli çarə təklif olunur. "Ən yaxşı çözüm onları işdən qovmaqdır", - populyar saytda Sheng Pingwang Datou adlı istifadəçi yazır. (Ans)


Teqlər:





Xəbər lenti